- 15 avqust, 22:10
- 854 dəfə oxunub
- 0
Elm və Təhsil naziri Həzrət Əzizlidən yazdı
"Bilesuvarinfo" həmin yazını təqdim edir:
"Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisəsinin şagirdi böyük uğura imza atmışdır. Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasının şagirdi Həzrət Əzizli Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII “Muğam” Müsabiqəsinin azyaşlı ifaçılar arasında münsiflər heyətinin yekdil səsverməsi nəticəsində müsabiqənin Şuşada təşkil olunmuş final mərhələsində birinci yerə layiq görülmüşdür. Olduqca çətin və məsuliyyətli müsabiqənin qalibi olmuş Həzrəti təbrik edir, ona incəsənət sahəsində yüksək nailiyyətlər arzulayıram. İncəsənət Gimnaziyasının müəllim heyətinə yorulmaz fəaliyyətlərinə görə təşəkkürümü bildirirəm".