Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Bu qardaşların nümunəvi xidmətindən hamı danışır


Bu qardaşların nümunəvi xidmətindən hamı danışır

31 iyul 2022, Bazar günü
2 548
0
Biləsuvar rayonunda 2010 - cu ildən etibarən, ümumi istifadədə olan nəqliyyat vasitələrinin  fəaliyyəti bərpa olunub. Ötən illərədə  bu növ nəqliyyatla sərnişindaşımada müəyyən çatışmamazlıqlar səslənmişdir. Daha çox diqqəti çəkən, sərnişindaşımada istifadədə olunan bəzi mikroavtobusların nasaslığı, xüsusilə salonların səliqəsiz, təmiz saxlanılmaması olub. Anacaq araşdıqrma gösərir   ki, öz peşəsini dərindən sevən, sərnişinlərə nümunəvi xidmətilə seçilən sürüçülərimiz  az deyil.

“Bilesuvarinfo” olaraq, uzun illər nümunəvi xidmətləri ilə sərnişinlərin hər zaman məmnunluğunu qazanan qardaşlardan söhbət açacağıq. Əfqan və Əfsun  Ələkbər oğlu Babayev qardaşları 1 saylı marşurut xəttində 8 ildir çalışır. Onların idarə etdiyi mikroavtobuslar sazlığı ilə yanaşı, günün istənilən vaxtı, səliqəsi və təmizliyi ilə seçilir. Salona daxil olan hər bir sərnişin  maşının təmizliyindən heyranlığını gizlətmir. 

Qeyd edək ki, hal - hazırda Biləsuvar rayonu üzrə 12 istiqamətdə sərnişindaşıma həyata keçirilir. Rayonun Səmədabab, İsmətli, Çaylı, Ağayrı, Təzəkənd, Ovçubərə, Əsgərabab, Bəydili, Xırmadalı  və Çinarlı kəndlərinin sakinləri hər gün yaşadıqları kəndlərdən mikroavtobuslar vasitəsilə rayon mərkəzinə və geriyə daşınır.

Bu haqda məlumat verən, Dövlət Avtomobil Nəqliyyat Müvəttişliyinin Lənkəran Regional Şöbəsinin Baş müfəttişi Pərviz Rzayev bildirdi ki, sərnişindaşımada istifadə olunan maşınların sazlığı hər zaman diqqətdə saxlamağa çalışırıq. Hazırda marşurutlar üzrə ümümilikdə 50 - dən artıq mikroavtobus istismardadır ki, onların saz saxlamaları ilə bağlı daima   sürücülərlə söhbətlər aparırıq. Həmçinin çalışırıq ki, daha iri tutumlu, tələblərə cavab verən yeni avtobuslar gətirilsin  ki, sərnişinlərin rahatlığı tam təmin olunsun.   

Baş müfəttiş sərnişindaşımada yaxşı fəaliyyətinə görə fərqlənən marşurut xəttləri arasında Biləsuvar şəhər, Xırmandalı, Təzəkənd, Çayı, Ağayrı kəndləri istiqamətində fəaliyyət göstərənləri xüsusilə qeyd etmişdir.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan