Şəhid Tahir Əlizadənin 28 yaşı tamam oldu » Yerli İnformasiya Agentliyi
» » » Şəhid Tahir Əlizadənin 28 yaşı tamam oldu

Şəhid Tahir Əlizadənin 28 yaşı tamam oldu

Bu gün Vətən müharibəsi şəhidi Tahir Qəribəli oğlu Əlizadənin  28 yaşı tamam olur.

"Bilesuvarinfo" xəbər verir ki, şəhidin mövludu günündə onun anadan olduğu Biləsuvar şəhərində ata ocağı ziyarət olunub. Rayon rəsmiləri və içtimaiyyəti nümayəndələri şəhidin məzarının ziyarətində olub, əziz ruhuna dualar oxuyub.
Ziyarətdə iştirak edən Yap Biləsuvar rayon Təşkilatının sədri Kamil Qurbanlı bildirmişdir ki, ötən otuz ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız Tahir kimi ər oğularımızın dastanlara sığmayan qəhrəmanlıqları nəticəsində azad edildi. Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun Tahir kimi cəngavərlərinin rəşadətindən nəsillər dəyişsə də, yenə danışılacaq.
Şəhid atası Qəribəli Əliyev bildirmişdir ki,  hələ məktəb yaşlarında ikən torpaqlarımızın  işğal altında olması hər kəs kimi Tahiri də daim narahat edirdi. O, böyük qardaşı I Qarabağ savaşının iştirakçısı, qazi Telmanın ermənilərin dogma Qarabağımızda axıtdığı nahaq qanlardan, törətdiyi vəhşilikərdən ailədə tez-tez etdiyi  söhbətləri eşidəndə qəzəbini gizlədə bilmirdi.

Qeyd edək ki,  2012-2014-cü illərdə milli ordumuzda həqiqi hərbi xidmətini başa vurduqdan sonra Tahir yenidən ön cəbhədə xidmət etməyə qərar verib. Gizirlik məktəbini müvəffəqiyətlə bitirdikdən sonra O, 2016-cı ildən cəbhənin ayrı-ayrı istiqamətlərində müddətdən artıq hərbi xidmətə başlayır.  
Vətən müharibəsi başlayanda gizir Əlizadə Tahir Füzuli istiqamətindən döyüşlərə atılıb. Füzuli, Cəbrayıl, Hadrut və Qubadlı  istiqamətlərindəki 
əməliyyatlarda böyük şücaət göstərib.

Şuşayadək ağır və gərgin döyüş yolu keçən Tahir Əlizadə iki dəfə baş və ayaq nahiyələrindən ciddi yaralansa da, döyüş meydanında silahdaşlarını tək buraxmayıb, müalicəsini yarımçıq qoyub cəbhəyə dönüb. Şuşa uğrunda gedən qanlı döyüşlərin birində aldığı növbəti güllə yarasından Tahir uzun müddət xəstəxanada komada olub. 2021-ci ilin 6 dekabrında gözlərini əbədi yummaqla şəhadətə qovuşub.
Doğulduğu Biləsuvar şəhər qəbristanlığında dəfn edilən gizir T.Əlizadə Prezident sərəncamı ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “ Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Karvan ailəvi restoran