Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Milli Qəhrəman Mübariz İbrahimov adına Təhsil Kompleksində son zəng tədbiri keçirilib


Milli Qəhrəman Mübariz İbrahimov adına Təhsil Kompleksində son zəng tədbiri keçirilib

14 iyun 2022, Çərşənbə axşamı
698
0
Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar  Təhsil Kompleksində "Ulduzların təbəssümü" adlı son zəng tədbiri keçirilib.

"Bilesuvarinfo"
xəbər verir ki, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli məclisin millət vəkili Bəhruz Məhərrəmov, təhsil kompleksinin icraçı direktoru Aqşin Bağırov, ictimaiyyət nümayəndələri, müəllimlər, valideynlər və məzunlar iştirak ediblər.

Tədbirdə çıxış edənlər məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar diləyiblər. Həmçinin qeyd olunub ki, bu il təhsil kompleksini bitirən 21 məzun yüksək nəticələr əldə edib. Vurğulanıb ki, bu il ilk dəfə olaraq təhsil uğurları ilə yanaşı sosial fəaliyyətləri də yüksək olan 3 şagird "Mübariz" medalı ilə təltif olunub. 

Tədbir məzunların və digər şagirdlərin hazırladıqları bədii kompozisiyalarla davam etdirilib.

Sonda məktəblilər "Son zəng"i çalaraq və "Sədaqət andı" içərək təhsil illərini yekunlaşdırıblar.

Qeyd edək ki, Təhsil Kompleksi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 2010-cu ildə fəaliyyətə başlayıb.



Müzakirə edin

Həmçinin oxuyun:

Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan