Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Bu kənddə tibb məntəqəsi bərbad durumdadır - FOTO


Bu kənddə tibb məntəqəsi bərbad durumdadır - FOTO

10 iyun 2022, Cümə
997
0
Biləsuvar rayonunun 3 min əhalisi olan Ağayrı kəndində kənd həkim məntəqəsi bərbad vəziyyətdədir.

"Bilesuvarinfo" xəbər verir ki, bu barədə "Report"a kənd sakinləri məlumat verib.


Onların sözlərinə görə, bu xəstəxana 1953-ci ildə tikilib. İki mərtəbəli olan tibb məntəqəsinin əvvəllər hər şəraiti normal olub.

Xəstəxana sonradan bərbad vəziyyətə düşüb: "Kəndimizin tibb ocağı var. Amma təmirə ehtiyacı var, içində heç bir şəraiti yoxdu. Uşaqlar peyvənd olunmalıdır. Amma xəstəxana bərbad vəziyyətdədir. Buradan normal istifadə edə bilmirik".

Məsələ ilə bağlı kənd icra nümayəndəliyindən bildirib ki, bura xəstəxanadan məntəqəyə çevrilib: "Mövcud vəziyyətlə bağlı Biləsuvar rayon İcra Hakimiyyəti müvafiq səhiyyə orqanlarına məlumat verib".
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan