Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » » Şeirim balamın nəyinə gərək


Şeirim balamın nəyinə gərək

06 iyun 2022, Bazar ertəsi
646
0
Yazdığım hər sətri varaqlayıram,
Balamın nə qarnı, nə gözü doymur.
Şeirim balamın nəyinə gərək,
Ayağına geymir, başına qoymur.

Mənsəb arxasıyca qaçmamışam mən,
Bir parça kağızdı varım, dövlətim.
Zirvəyə can atan nə çox həyatda,
Yazdığım şerimdi mənim qiymətim.

Şıltaq nəvələri üşüyən kimi,
Şerimi yandırır anam ocaqda.
Misralar yetim tək döyür gözünü,
Boylanır üzümə küncdə-bucaqda.

Bir də xoş günlərə çətin yetişəm,
Dərdimə bükürəm şeirlərimi.
Gecələr ürəyim ağrıyan zaman,
Gözümdən tökürəm şeirlərimi.

Şakir Məhbusi, 
Biləsuvar rayonu, Ağayrı kəndi
Müzakirə edin

Həmçinin oxuyun:

Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan