» » Taxıl biçinin təhlükəsiz və optimal müddətdə başa çatdırılması ilə bağlı müşavirə keçirilib - FOTOLAR


Taxıl biçinin təhlükəsiz və optimal müddətdə başa çatdırılması ilə bağlı müşavirə keçirilib - FOTOLAR


Biləsuvarda taxıl biçininin itkisiz və optimal müddətdə başa çatdırılması, habelə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi ilə əlaqədar müşavirə keçirilib.

"Bilesuvarinfo" xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun sədrliyi ilə rayonda taxıl biçininin itkisiz və optimal müddətdə başa çatdırılması, habelə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi ilə əlaqədar yaradılmış gərargahın növbəti iclası keçirilib.

İclasda qərargahın üzvləri, Biləsuvar Dövlət Yanğından Mühafizə Hissəsinin, idarə, müəssisə, təşkilatların rəhbərləri, “Aqroservis”in təmsilçiləri, inzibati ərazi dairələri üzrə icra nümayəndələri, bələdiyyə sədrləri və  iri taxıl istehsalçıları iştirak edib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov müşavirəni açaraq mühüm strateji məhsul olan taxıl və digər dənli bitkilərin vaxtında və itkisiz yığımı ilə əlaqədar həyata keçirilən tədbirlərdən, qarşıda duran təxirəsalınmaz vəzifələrdən danışmış və bu istiqamətdə fəaliyyət göstərən əlaqədar qurumlara müvafiq tapşırıqlarını vermişdir.
Sonra Biləsuvar Dövlət Aqrar İnkişaf mərkəzinin direktoru Nurəddin Quliyev  çıxış edərək bildirdi ki, 2022-ci ilin məhsulu üçün rayon ərazisində 35793 hektar sahədə taxıl əkini aparılmışdır. Bunlardan 9688 hektarı buğda, 26105 hektarı isə arpa məhsuludur.


Maksimum səviyyədə çalışılmışdır ki, fermerlər taxıl sahələrini aqrotexniki qaydalara uyğun becərsinlər.Becərmə dövründə fermerlər tərəfindən əkin sahələri gübrə və bitki mühafizə vasitələri ilə təmin edilmişdir.Hazırda Taxıl biçini kampaniyasının optimal müddətdə başa çatdırılması üçün taxılçılıq təsərrüfatlarının sahiblərinə və fermerlərə yüksək texniki parametrlərə malik kombaynlardan səmərəli istifadə edilməsi məqsədilə müvafiq tövsiyələr verilmiş, taxıl biçininin vaxtında və itkisiz həyata keçirilməsi üçün 80 ədədə yaxın taxılbiçən konbayn hazır vəziyyətə gətirilmişdir.Müşavirədə qeyd olunmuşdur ki, kənd təsərrüfatı məhsullarının, o cümlədən taxılın, digər dənli və texniki bitkilərin yanğından qorunması tək yanğın təhlükəsizliyi qurumları əməkdaşlarının deyil, eləcə də   təsərrüfat başçılarının, traktorçuların, kombaynçıların, mexanizatorların, mexaniklərin,  sürücülərin, məhsul yığımında iştirak edən bütün  əməkçilərin ümdə vəzifəsi olmalıdır.

Müşavirədə taxıl biçini kompaniyasının mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, təhlükəsizlik tədbirləri, kənd təsərrüfatı texnikalarının hazırlıq vəziyyəti ilə bağlı məsələlər müzakirə olunmuşdur.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan