» » “Orqanik Qarabağ: Dayanıqlı İnkişaf İstiqamətləri”


“Orqanik Qarabağ: Dayanıqlı İnkişaf İstiqamətləri”

Biləsuvarda  Qarabağın dayanıqlı inkişafı mövzusunda tədbir  keçirildi.

"Bilesuvarinfo" xəbər verir ki, tədbir Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə keçirilib. “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyinin (AOPE) icra etdiyi “Orqanik Qarabağ: Dayanıqlı İnkişaf İstiqamətləri” adlı layihənin yekun konfransı olub.
Tədbirdə  Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyinin sədri Emin Əliyev, Millət vəkilləri Ceyhun Məmmədov və  Bəhruz Məhərrəmov, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi, Biləsuvar, Zəngilan, Laçın, Cəbrayıl, Füzuli, Cəlilabad və Masallı rayonlarından olan sahibkarlar iştirak etdi.

İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək abidəsi önünə çiçəklər düzdülər. Yerli sahibkarların istehsal etdikləri məhsullardan ibarət sərgiyə baxış keçirdi.
Tədbirdə qeyd olundu ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından olan sahibkarların öz torpaqlarına qayıtdıqdan sonra həyata keçirəcəkləri biznes layihələrin müasir dövrün yaşıl artım iqtisadi siyasətinə uyğun olması üçün onlarla maarifləndirici görüşlər təşkil olunur: " Bununla ölkədə uzunmüddətli, davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün əlaqələri daha da sıxlaşdırılmalı və bunun nəticəsində də bölgələrdə sahibkarlığın inkişaf etdirilməsi, regionlarda iqtisadi aktivliyin daha da artırılmasına nail olunmalıdır."
Görüşdə işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyinin bərpa edilməsi və həmin qazanılan tarixi imic və təbii resurs bolluğunun bu ərazilərə investisiya cəlbinə imkan verəcəyi barədə də fikir mübadiləsi aparıldı.

Təlimdə iştirakçılara yaşıl iqtisadiyyatın bazasında sahibkarlıq subyektlərinin qurulması istiqamətində tövsiyələr verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki,  layihı 3 ay davam edib. Bu məqsədıə Cəlilabad, Masallı və Biləsuvar rayonlarından olan  250-ə yaxın sahibkar və iş adamınına  layihə barədə geniş məlumatlar verilib, təklifləri dinlənilib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR