Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Gənclər Vətənimizi uğurlu gələcəyə aparmaq üçün böyük qüvvədir


Gənclər Vətənimizi uğurlu gələcəyə aparmaq üçün böyük qüvvədir

02 sentyabr 2023, Şənbə
900
0
Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov bu il ali təhsil müəssisələrinə qəbul olan biləsuvarlı gəncləri təbrik edib. Təbrik paylaşımınında deyilir:

Əziz gənclər,
 Sizi tələbə adını qazanmağınız münasibətilə təbrik edir, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak etməyi arzulayıram.  

Gənclik böyük və tükənməz bir qüvvədir. Fiziki və mənəvi cəhətdən sağlam olan, dünyada gedən prosesləri qavrayan, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli, milli-mənəvi dəyərlərə malik, təhsilli gənclər Vətənimizi uğurlu gələcəyə aparmaq üçün böyük qüvvədir. 

Bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat yeniliklər ilk növbədə Azərbaycanın, o cümlədən gənclərin xoşbəxt gələcəyinə hesablanmışdır.

 Əziz gənclər, 
 Siz artıq uşaqlıq illərini geridə qoyaraq, özünüzün və xalqımızın gələcəyi naminə məsuliyyəti üzərinizə götürərək yeni həyata addımlayırsınız. Hansı peşəyə yiyələnəcəyinizdən asılı olmayaraq, çiyninizdə cəmiyyətə xidmət etmək kimi böyük bir missiyanın olduğunu unutmayın.

 Sizi tələbə adını qazanmağınız münasibətilə bir daha təbrik edir, elmi mənimsəmək yolunda zehin açıqlığı arzu edirəm.  



Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan