Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvarda oğurluq edənlər aşkarlanıb


Biləsuvarda oğurluq edənlər aşkarlanıb

16 avqust 2023, Çərşənbə
2 123
0
Biləsuvar rayonunda  oğurluq hadisələrinin üstü açılıb.

“Bilesuvarinfo” 
xəbər verir ki, rayonun  Dərvişli kəndində fermadan və Bəydili kəndində yerləşən mağazadan oğurluq edən şəxslər Biləsuvar Polisinin keçirdiyi  əməliyyat tədbirləri nəticəsində müəyyən edilib.

Belə ki, fermadan ümumi dəyəri 3000 manat olan 10 baş xırdabuyunuzlu heyvanın rayon sakini M.Məmmədli ilə Cəlilabad rayon sakini H.Şəmmədovun olması müəyyən edilib. Bəydili kəndində yerləşən mağazadan isə 600 manat nağd pulu, 280 manat dəyərində danışıq kartları və tütün məmulatlarının oğurlanılması bu kənd sakinləri olan  P.Məmmədzadə və A.Əzizovun etməsi aşkarlanıb. 

Oğurluğu edənlər polis əməkdaşları tərəfindən saxlanılıblar. 

Faktlarla bağlı araşdırma aparılır.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan