» » Bəydili kəndi də bu çağırışa qoşuldu


Bəydili kəndi də bu çağırışa qoşuldu

Biləsuvar Rayon İcra Hakimiyyəti başcısı Faiq Qürbətov tərəfindən, kəndlərdə yollara gecə işıqlarının quraşdırılması ilə bağlı irəli sürülən təşəbbüsə ilk qoşulan rayonun Əsgərabad Bələdiyyəsi olub. Bələdiyyə kəndin mərkəzi küçəsində 5 kilometr məsafədə yolun işıqlandırılmasını təmin edib.

Piyadaların təhlükəsiz hərəkəti üçün önəmli  bu işin Bəydili kəndində də görülməsinə başlanılıb. “Bilesuvarinfo”ya Bəydili Bələdiyyəsindən bildirililib ki, bu nəcib təşəbbüs artıq kəndimizdə reallaşdırılır. M. Hüseyn küçəsində 90 ədəd müsir işıqlandırma sistemi quraşdıraraq, yolun 2.8 kilometrlik hissəsini tam işıqlandırmışıq: “İşıqlandırma sistemi quraşdırılan küçədə günün axşam vaxtlarında insanlarımızın təhlükəsiz hərəkət etməsinə şərait yaradılıb. Sakinlər görülən işin əhəmiyyətindən məmnun qalıb və bələdiyyəyə yaranmış vergi borclarını ödəməklə, davamlı olaraq kəndin digər küçələrinin işıqlandırılması qərara alınıb.”

Qeyd edək ki, piyadaların, həm də nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkət etməsini təmin etmək məqsədilə görülən bu iş Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, rayonda bələdiyyələrin illik tədbirlər planına da salınıb.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR