Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Nərimankənddə şəhidlərin xatirə lövhələrinin açılışı oldu


Nərimankənddə şəhidlərin xatirə lövhələrinin açılışı oldu

11 yanvar 2023, Çərşənbə
977
0
Biləsuvar rayonunda  şəhidlərin xatirəsinin əbədlişdirilməsi üçün işlər davam etdirilir.

"Bilesuvarinfo" 
xəbər verir ki,  bu məqsədlə rayonunun Nərimankənd kəndində 6 qəhrəman şəhidin  yaşadıqları evlərə xatirə lövhələri vurulub.

Vətən övladının xatirə lövhələrinin açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə  orqanlarının rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri  iştirak edərək şəhidlərin  valideynləri və yaxınları ilə görüşüblər.

Tədbirdə ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda döyüşlərdə canlarını Vətən uğrunda fəda edən şəhidlərimizin şərəfli döyüş yolundan danışılaraq, onların əbədi olaraq yaddaşlara yaşayacaqları və tarixin bütün dövrlərində minnətdarlıqla anılacaqları bildirilib.

Mərasim zamanı şəhid valideynləri və yaxınları ilə görüşən  Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı F. Qürbətov Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin daim əziz tutulacağını, dövlətimizin hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacağını qeyd edib. 
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan