Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür


31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür

31 dekabr 2022, Şənbə
1 572
0
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur.

“Bilesuvarinfo” xəbər verir ki,  dünyanın ayrı-ayrı ölkələrində  yaşayan 50 milyondan çox azərbaycanlı əlaqələrini qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində bu bayram mühüm rol oynayır.

Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər.
Uzun bir dövr Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum olublar. Keçmiş SSRİ dövlətinin qadağaları qardaşın qardaşla görüşməyinə imkan verməyib. Sovet rejiminin zəifləməyə başladığı 1980-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırıb.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) açılması zamanı qoyulub.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan