» » Yuxarı Cürəli kəndində ot talvarı yanıb


Yuxarı Cürəli kəndində ot talvarı yanıb

Biləsuvar rayonunda 2 ton yarımlıq ot kipləri yanıb.

"Bilesuvarinfo"nun
məlumatına görə, hadisə rayonun Yuxarı Cürəli kəndində sakinə məxsus təsərüfatda qeydə alınıb.

Belə ki, talvar altına yığılmış ot tayasında yanğın baş verib.

Hadisə yerinə Biləsuvar rayon DYMH-nin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Hadisə nəticəsində talvar altına yığılmış ot tayasında 2,5 ton ot kipi və 40 m² talvarın 20 m² yanar konstruksiyaları  yanıb.

Hadisənin baş vermə səbəbi araşdırılır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan