Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » » Şəhid İlkin Məmmədov anılıb


Şəhid İlkin Məmmədov anılıb

06 noyabr 2022, Bazar günü
607
0
Bu gün Vətən Müharibəsi şəhidi  İlkin Məmmədovun şəhadətinin ikinci ildönümüdür.

"Bilesuvarinfo" xəbər verir ki, şəhidin anım mərasimdə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işcisi Ziya Qurbanov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və  ictimaiyyət nümayəndələri  iştirak edərək şəhidimizin əziz xatirəsini ehtiramla anıb, valideyinlərinə  başsağlığı veriblər.
Qeyd edək ki, Məmmədov İlkin Fərhad oğlu  orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb və hərbi xidmətə olarkən başlayan Vətən müharibəsində iştirak edib. O, Vətən müharibəsində qəhrəmanlığı, şəxsi şücaəti ilə seçilib. Sentyabrın 29-da Xocavənd uğrunda döyüş tapşırığını yerinə yetirərkən ağır mərmi yaraları alıb. Hərbçimiz həkimlərin səylərinə baxmayaraq, 2020 - ci ilin noyabr ayının  6 - da şəhadətə yüksəlib. 

Bəydili kənd qəbristanlığında dəfn olunan şəhid İlkin Məmmədov Prezidenti İlham Əliyevin  Sərəncamı  ilə  "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. 

Allah şəhidlərimizə rəhmət eləsin!
Müzakirə edin

Həmçinin oxuyun:

Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan