» » Zəfər günü münasibətilə yeni salınan meşə massivinə 17 min ədəd ağac əkildi


Zəfər günü münasibətilə yeni salınan meşə massivinə 17 min ədəd ağac əkildi

Bu gün Biləsuvar rayonunda 8 noyabr – Zəfər günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

“Bilesuvarinfo” xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyasında Biləsuvar - Cəlilabad avtomobil yolunun Biləsuvarın Aşağı Cürəli kəndi ərazisindən keçən hissəsində yeni salınan meşə massivinə 17000 ədəd ağac əkilib.
Aksiyada Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vüsal Talıblı, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, YAP Biləsuvar rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin, şəhər və kənd icra nümayəndəliklərinin, bələdiyyələrin kollektivləri, şəhid ailələri və qazilər olmaqla 500 nəfərə yaxın şəxs iştirak etdi.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək aksiya iştirakçılarına bu cür xeyirxah işə qoşulduqlarına görə təşəkkür edib. O, Zəfər günü münasibətilə keçirilən bu tədbirin əsas məqsədinin ölkəmizdə ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması və ekoloji təhlükəsizliyin təmin edilməsinə töhfə vermək olduğunu bildirib.

Aksiyada əkilən ağacların mühafizəsi və vaxtlı-vaxtında suvarılması ilə bağlı əlaqədədar qurumlara ciddi tapşırıqlar verilib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan