Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Azərbaycan Dillər Universiteti ilə Biləsuvar Təhsil Kompleksi arasında qarşılıqlı əməkdaşlıq memorandumu imzalanıb


Azərbaycan Dillər Universiteti ilə Biləsuvar Təhsil Kompleksi arasında qarşılıqlı əməkdaşlıq memorandumu imzalanıb

31 oktyabr 2022, Bazar ertəsi
1 738
0
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırovun rəhbərlik etdiyi lisey əməkdaşlarından ibarət heyətin Azərbaycan Dillər Universitetinə işgüzar səfəri baş tutub. 

"Bilesuvarinfo" xəbər verir ki, kompleksin Təhsil şöbəsinin müdiri Şəlalə Əsədova və Azərbaycan dili kafedrasının rəhbəri Rövşən Adıyevin də iştirak etdiyi səfər çərçivəsində Azərbaycan Dillər Universiteti ilə Biləsuvar Təhsil Kompleksi arasında qarşılıqlı əməkdaşlıq memorandumu imzalandı. 

Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla çıxışında liseylə bağlı xoş fikirlərini səsləndirdi və bildirdi ki, memoranduma əsasən hər iki təhsil ocağının qarşılıqlı əməkdaşlıqla bağlı əməli fəaliyyətə keçməsi, Kompleksdə Azərbaycan Dillər Universitetinin son kurs tələbələrinin praktik dərslərinin təşkil olunması, həmçinin liseydə ədəbi-bədii müzakirələrin keçirilməsi nəzərdə tutulur. Liseyin icraçı direktoru Aqşin Bağırov yüksək qonaqpərvərliyə görə başda akademik Kamal Abdulla olmaqla ADU-nun bütün əməkdaşlarına minnətdarlığını bildirərək bu müqavilənin bölgə üçün böyük əhəmiyyət daşıdığını qeyd etdi. 

Nəzərinizə çatdıraq ki, görüşdə liseyin məzunu olan ADU tələbələri də iştirak etdi və məzunlar ilə bağlı gələcək planlar haqqında geniş söhbət aparıldı.

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan