Şəhid anası ziyarət olundu » Yerli İnformasiya Agentliyi
» » » Şəhid anası ziyarət olundu

Şəhid anası ziyarət olundu

Biləsuvar rayonunda  müəllimlərin peşə bayramı münasibətilə şəhid anası ziyarət olunub.

"Bilesuvarinfo" xəbər verir ki, şəhid Pərvin Əliyevin anası Rəfiqə Əliyeva Biləsuvar rayon Heydər Əliyev Mərkəzinin direktoru Səyalə Şahbazova, Qarabağ müharibəsi əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və ağsaqqal Gülmalı Güləliyev tərəfindən ziyarət olunub. Onlar 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə, şəhid anası - müəllim Rəfiqə Əliyevaya  təbriklərini və xoş arzularını çatdırıb. 
Qeyd edək ki, bütün ömrünü,  çalışdığı cəmiyyətə savadlı və vətənpərbərvər gəncləri yetişdirməyə sərf edən  Rəfiqə müəllimə həm də qayğıkeş ana olub. O, övladlarını da dövlətinə əsl vətənpərvər vətəndaşlar kimi formalaşdırıb. 

2014 - ci  ilin avqustunda  Ağdam - Ağdərə istiqamətində düşmən təxribatının qarşısını alarkən Rəfiqə müəllimin oğlu - Silahlı Qüvvələrimizin xüsusi təyinatlı hərbi qulluqçusu gizir Əliyev Pərvin Səlahəddin oğlu yanaşı olan bir neçə silahdaşı ilə düşmənə qarşı qəhrəmancasına vuruşaraq şəhid olub.

Evli olan P. Əliyevinn oğlu da atasının yolunu seçib, hazırda  xariçi dövlətlərin birində hərbi təhsil alır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan