Müəllimlərin peşə bayramı qeyd olundu » Yerli İnformasiya Agentliyi
» » Müəllimlərin peşə bayramı qeyd olundu

Müəllimlərin peşə bayramı qeyd olundu

Biləsuvar rayonunda müəllimlərin peşə bayramı günü qeyd olunub.

“Bilesuvarinfo” 
xəbər verir ki, tədbirdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının müavinləri - Azər Cəfərli və Ləman Yüzbaşova, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil işçiləri və müəllimlər iştirak edib.

Tədbir iştirakçılar əvvəlcə Heydər Əliyev  parkında  Ulu Öndərin abidəsini ziyarət edib.

Tədbiri giriş sözü ilə açan Biləsuvar təhsil sektorunun müdiri Mehman Əliyev müəllimləri peşə bayramları münasibətilə təbrik edərək, müəllimlərin qazandığı uğurlardan danışdı. Ölkəmizdə təhsil sisteminin maddi-texniki bazasının  möhkəmləndirilməsinə göstərilən  yüksək dövlət  qayğısından söz açan sektor müdürü bildirdi ki, Biləsuvarda yeni inşa və əsaslı təmir olunan məktəb binaları  təhsilin keyfiyyətinin yüksəlməsinə birbaşa təsir göstərən mühüm amillərdir. Qeyd etdi ki, 4 oktyabr 2022-ci il tarixində cənab Prezidentin imzaladığı sərəncamla Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Babayeva Təranə Mirzə qızının “Tərəqqi” medalı ilə təltif olunması Biləsuvar təhsilinə verilən qiymətdir.

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Azər Cəfərli, Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəisi Sənan Mənsimli, Rayon Polis şöbəsinin rəisi Nəsib Məmmədov , Rayon Prokuroru Camal Bağırov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Məktəb-Lisey Kompleksinin icraçı direktoru Aqşin Bağırov və digərləri  çıxış edərək rayonun təhsil işçilərini və müəllimləri peşə bayramları münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı. Çıxış edən təhsil işçiləri müəllimlərin əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və  Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.

Sonda  təhsildə fərqləndiklərinə görə bir qrup müəllimə  fəxri fərmanlar və  hədiyyələr təqdim olundu.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan