Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Azərbaycan Silahlı Qüvvələrinin daha 6 hərbçisi şəhid olub, şəhidlərin sayı 77-yə çatıb - SİYAHI


Azərbaycan Silahlı Qüvvələrinin daha 6 hərbçisi şəhid olub, şəhidlərin sayı 77-yə çatıb - SİYAHI

16 sentyabr 2022, Cümə
1 198
0
Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin daha 6 hərbi qulluqçusu şəhid olub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bununla da, erməni təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların sayı 77-yə çatıb.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı
Hüseynli Rəşad Ramiz oğlu - baş çavuş
Balaşzadə Röyal Atduxan oğlu - əsgər 
Kəlbiyev İsa Rəhim oğlu - əsgər
Qarazadə Nicat Malik oğlu - əsgər
Qənbərli Rəşad Əlizamin oğlu - əsgər
Süleymanov Turxan İdris oğlu - əsgər
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan