Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Elm və Təhsil naziri Həzrət Əzizlidən yazdı


Elm və Təhsil naziri Həzrət Əzizlidən yazdı

15 avqust 2022, Bazar ertəsi
1 116
0
Elm və Təhsil naziri Emin Əmrullayev VIII “Muğam” Müsabiqəsinin qalibi Həzrət Əzizlidən yazıb.

"Bilesuvarinfo"
həmin yazını təqdim edir:

"Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisəsinin şagirdi böyük uğura imza atmışdır. Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasının şagirdi Həzrət Əzizli Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII “Muğam” Müsabiqəsinin azyaşlı ifaçılar arasında münsiflər heyətinin yekdil səsverməsi nəticəsində müsabiqənin Şuşada təşkil olunmuş final mərhələsində birinci yerə layiq görülmüşdür. Olduqca çətin və məsuliyyətli müsabiqənin qalibi olmuş Həzrəti təbrik edir, ona incəsənət sahəsində yüksək nailiyyətlər arzulayıram. İncəsənət Gimnaziyasının müəllim heyətinə yorulmaz fəaliyyətlərinə görə təşəkkürümü bildirirəm".
Müzakirə edin

Həmçinin oxuyun:

Cahadın  festivalda uğurlu çıxışı
30 iyun 2022, Cümə axşamı
Cahadın festivalda uğurlu çıxışı
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan