» » "Peşə seçimi və karyera inkişafına dəstək" layihəsinin ilk təlimi keçirilib - FOTO


"Peşə seçimi və karyera inkişafına dəstək" layihəsinin ilk təlimi keçirilib - FOTO

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi tərəfindən Biləsuvar Gənclər Evində "Peşə seçimi və karyera inkişafına dəstək" layihəsinin ilk təlimi keçirilib.

"Bilesuavrinfo" xəbər verir ki, tədbirdə layihə rəhbəri Ülvi Həzizadə, layihənin eksperti və Biləsuvar Peşə liseyinin direktoru Əliheydər Əlifli, Gənclər və İdman İdarəsinin nümayəndəsi Elnur Hüseynli, Biləsuvar Gənclər Evinin nümayəndəsi Banuçiçək Mürsəlzadə, layihənin təlimçisi Rafət Şirəliyev, rayondan olan 46 yeniyetmə və gənc iştirak edib.
Tədbirin əvvəlində iştirakçılara məlumatlandırıcı bukletlər paylanıb.
Daha sonra çıxış edən layihə rəhbəri Ülvi Həzizadə layihənin əhəmiyyəti və təşkilatın regionda göstərdiyi fəaliyyət barədə tədbir iştirakçılarına geniş məlumat verib. 
Həmçinin çıxış edən ekspert Ə.Əlifli layihənin gənclərin peşə seçimi və karyera inkişafında uğurlu olacağını bildirmiş və rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi E.Hüseynli və Gənclər Evinin nümayəndəsi B.Mürsəlzadə keçirilən layihəyə müsbət rəy bildirirək, layihənin gedişatına uğurlar arzulayıb.
Çıxışlardan sonra peşəkar təlimçi R.Şirəliyev tərəfindən əsas mövzu kimi, peşə və karyera planlaması, həmçinin fərdi təhlillər, iş bazarının təhlili, işə müraciət qaydaları və təhlili və karyerada peşələr və ixtisaslar və s. mövzularında olan təlimlərə start verilib.
Layihənin əsas məqsədi regionlarda (Biləsuvar, Cəlilabad, Salyan və Masallı rayonlarında) peşə təhsilinə marağın artırılması ilə bacarıqlı gənclərin ixtisaslı peşələrə yiyələnməsini təmin etmək və bu yolla ixtisaslı işçilərin formalaşmasına, işsizliyin azaldılmasına nail olmaqdır.
Sonda iştirakçılara təlimlərdə fəal iştiraklarına görə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihənin növbəti təlimi 21 fevral tarixində Salyan rayonunda keçiriləcək.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR