Biləsuvar rayonunda dünyasını dəyişən qadının sonradan qətlə yetirildiyi məlum olub.
“Bilesuvarinfo” xəbər verir ki, hadisə rayonun İsmətli kəndində baş verib. Kənd sakini, 1953-cü il təvəllüdlü Almaz Cəfərova təxminən bir ay əvvəl vəfat edib. İlkin mərhələdə onun yüksək qan təzyiqindən öldüyü ehtimal olunurdu.
Lakin sonradan əldə edilən müşahidə kameralarının görüntüləri və aparılan araşdırmalar nəticəsində qadının boğularaq öldürüldüyü müəyyən edilib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətldə şübhəli bilinən mərhumun gəlini Gülbəniz Həsənzadə və onun qardaşı Qasım Həsənov saxlanılıblar.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.