Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Cəlilabadda xeyriyyəçi sahibkara qarşı aparılan qara piarın arxasında kim durur?


Cəlilabadda xeyriyyəçi sahibkara qarşı aparılan qara piarın arxasında kim durur?

24 yanvar 2025, Cümə
1 993
0
Cəlilabaddın Göytəpə şəhər sakini Rafiq Abışovun şəhər ərazisində qanuni sahib olduğu torpaq sahəsində tikinti işlərinin aparılmasına bir qrup şəxs məqsədli şəkildə mane olmaq üçün sosial şəbəkələrdə müntəzəm videolar paylaşaraq ona əngəl yaratmağa çalışır. 

Sahibkarın sözlərinə görə, bütün bu çirkin oyunlar onun biznes və xeyriyyəçilik fəaliyyətinə kölgə salmağa hesablanıb.

İş adamının Göytəpə şəhərində açdığı müəssisələrdə hazırda onlarla şəhər sakini çalışır. Yaxın vaxtlarda tikintisi həyata keçiriləcək obyektdə yeni iş yerlərinin açılması planlaşdırılır. 

Xatırladaq ki, R. Abışov Göytəpə şəhərindəki şəhid məzarlarının öz vəsaiti hesabına yenidən qurulmasını həyata keçirməklə yanaşı, çoxsaylı aztəminatlı ailələrə maddi dəstək göstərən xeyriyyəçi kimi tanınır. Vətən müharibəsi zamanı isə şəxsi avtomobili ilə cəbhəyə ərzaq yardımları çatdıraraq ordumuzun zəfərinə töhfə verib
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan