» » » Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi yad edildi


Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi yad edildi

Aprel ayının 6-da Biləsuvar şəhərində şəhid Əlizadə Nəriman Nurəhməd  oğlunun doğum günü ilə əlaqədar ailəsi ziyarət olundu. 

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, aparat əməkdaşlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin  şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyininə baş sağlığı verilmişdir. 

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Əlizadə Nəriman Nurəhməd oğlu 6 aprel 1997-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. 2003-2011-ci illərdə Ə.Eynullayev adına 4 saylı tam orta məktəbində və 2011-2015-ci illərdə Respublika Olimpiya İdman liseyində təhsil almışdır. 2015-2019-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil almışdır.  2019-2020-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən əvvəl "Rəvan" və "Neftçi" futbol klublarında çıxış etmişdir. Nəriman, qismən səfərbərliklə 21 sentyabr 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırılaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, Cəbrayıl, Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və Füzuli-Şuşa istiqamətində gedən döyüşdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 29 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Əlizadə Nəriman Nurəhməd oğlu ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Onun adı əbədiləşdirilərək Biləsuvar şəhər küçələrindən birinə verilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi