- 14 noyabr, 23:25
- 1 041 dəfə oxunub
- 0
Şəhidin xatirəsinə abidə - bulaq kompleksi istifadəyə verildi
barelyefləri yer alıb.
“Bilesuvarinfo” xəbər verir ki, şəhid Mehman Xanış oğlu Kərimovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə keçirilən mərasimdə Biləsuvar Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ziya Qurbanov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun köməkçisi Əfsun Əlizadə, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Biləsuvar şöbəsinin sədri Bəhruz Əliyev, rayon ictimai fəalı, ağsaqqal Gülmalı Gülalıyev və kənd sakinləri iştirak edib.
Tədbir iştirakçıları çıxışlarında Qarabağ müharibələrində şəhidlərimizin göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Qeyd olunub ki, müstəqilliyimizin ilk illərində ölkəmizdəki hakimiyyətsizlik, daxili çəkişmələr torpaqların 20 faizini işğalı ilə nəticələndi. Ancaq həmin bu çətin illərdə, vətənini çanı qədr sevən minlərlə igidlərimiz düşmənə qarşı mübarzəsindən qalmayıb, əbədiyaşarlıq qazanmışlar. Vətən müharibəsində Azərbaycan ordusunun, hərbçilərimizin döyüş əzmi və Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyəti, düzgün qərarları sayəsində vətənimiz öz bütövlüyünə qovuşub. Bütün şəhidlərimizin qanı yedə qalmadı.
Tədbirdə çıxış edən məktəblilərin şəhidlərimizə həsr olunan şeirləri səsləndirib. Şəhidin valideyinləri ailələrinə göstərilən diqqət və qayğıdan danışıb, buna görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.