
Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektoru tərəfindən Biləsuvar rayonunun İsmətli kənd sakinləri Səməd Hüseynovun və Etibar Ağayevin və Günəşli kənd sakini Seyran Tahirovun kümxanasında saxlanılan barama qurdlarının saxlanılma və bəslənilmə şəraitinə baxış keçirilib.
"BİLESUVARİNFO.AZ" xəbər verir ki, mərkəzin əməkdaşları tərəfindən kümxanalara keçirilən baxış zamanı barama qurdlarının saxlanılma şəraiti, sanitariya normalarına uyğunluq, qurdların sağlamlıq vəziyyəti, yemlənmə prosesi, həmçinin təsərrüfatın ümumi sanitariya vəziyyəti qiymətləndirilib. Görüş zamanı qeyd olunub ki, bu cür təsərrüfatlar regionda baramaçılıq sahəsinin inkişafına və kənd təsərrüfatı məhsullarının artırılmasına böyük töhfələr verir. Fermerlərə dəstək göstərilməsi, xüsusilə baramaçılığın stimullaşdırılması məqsədilə dövlətin verdiyi subsidiyalar və digər maliyyə dəstəkləri barədə məlumatlar verilmişdir.
Baxışın sonunda, fermerlərə barama qurdlarının sonrakı inkişafı üçün lazım olan əlavə tədbirlər barədə məlumat verilib və fermerlərə kordinasiyalı şəkildə təcrübə mübadiləsi aparmaq təklif olunub.



