» » Möhtəşəm tikililərdə onun da izi, nəfəsi var


Möhtəşəm tikililərdə onun da izi, nəfəsi var

1960-cı ilin əvvələrindən etibarən Biləsuvarın inkişafını şərtləndirən amillərdən biri hündür mərtəbəli yaşayış və inzibati binalarla bağlı olur. Həmin illərdə rayonun baş planına müvafiq olaraq zamanı üçün müasir binalarının tikintisi təcrübəli, bacarıqlı tikinti mühəndislərinə həvalə olumuşdur. Hüseynağa Nüsrət oğlu Orucov bu illədə kənd təsərrüfatı, sənayeyədə də gərəkli tikinti işlərinin gerçəkləşdirilməsində tapşırığı vaxtında, məsuliyyətlə yerinə yetirən mühədislərdən biri olub.

1955-ci ildə Biləsuvar şəhər, Nizami adına 1 saylı orta məktəbi müvəffəqiyyətlə bitirən Hüseynağa Orucov, elə həmin il o vaxtkı Politexnik institunun “İnşaat mühəndisliyi” fakültəsinə daxil olub. 1959 - cu ildə ali təhsilini başa vuraraq, rayondakı Kolxozlararası Təmir -Tikinti idarəsində əmək fəaliyyətinə başlayıb. Bu idarənin müdürü vəzifəsinədək yüksələn H. Orucov sonra, uzun illər  Kommunal Müəssisələr Kombinatına yüksək bacarıqla rəhbərlik edib.

Onun fəaliyyəti dövründə  müxtəlif sahələr üzrə tikililər istifadəyə verildi. Təmir - tikinti idarəsinə rəhbərliyi dövründə, indi rayonda ucaln möhtəşəm tikililərdə onun izi, nəfəsi  var. Sadə, səmimi insan olan Hüseynağa Orucovun vətəndaşlar üçün fərdi mənzillərin tikintisi prosesini sürətləndirilməsinda xeyirxah əməlləri rayonda ona hörmət qazandırmışdı. 

2023 cü ildə vəfat edən, gözəl ailə başçısı olan Hüseynağa Orucovun 4 qızı, 2 oğlu var. Pərviz sahibkar, Bəhruz və 3 qızı müəllim, 1 qızı kosmetoloqdur.

Səlamət Biləsuvarlı,
“Qızıl Qələm” mükafatçısı
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan