
Komanda yarandığı vaxtdan, yəni iki il ərzində keçirdiyi yoxlama görüşlərində böyük hesablı qələbələr qazanıb. Bu gün isə Region liqasında komanda daha böyük uğura imza atdı. Keçirdiyi 7 görüşün 5 də qələbə qazandı və16 xalla pleyoffa yüksəldi.
Təsadüfü deyildir ki, biləsuvarlılar turnirdə ən məhsuldar yəni ən çox qol vuran komanda oldu. Ərkivan və Qobustan komandalarını darmadağın etdi. Komandanın baş məşqçisi, təcrübəli mütəxəssis Şahəddin Kərimov gələcəyə inamla baxır. Deyir ki, komandamızda ümidverən futbolçular çoxdur. Onların sayəsində hələ çox uğurlar qazanacağıq. Hücumçu Elşad Həmidli, yarımmüdafiəçi Asim Urufov, Aqil Nəzərov perspektivli futbolçulardandır.
Bu gün Biləsuvarda möhtəzəm azarkeş ordusu da var. Salyanla görüşdə mindən artıq azarkeş matçı izləyirdi.
Komanda irəliyə doğru addım atdıqca qayğıya da ehtiyac yaranır. Bu gün hamılıqla səhra suvarilərinə ( inamlı komandamıza belə müraciət edirik) həm maddi həm mənəvi dəstək olmalıyıq.
Sonda komandamıza pleyoffda uğurlar arzulayıb bu yazını yekunlaşdırırıq.
Abbas Tomaroğlu, AJB-nin üzvü.
Biləsuvar Futbol Klubunun mətbuat katibi