Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvar Təhsil Kompleksində "Ərəb Mədəniyyəti Günü” keçirilib


Biləsuvar Təhsil Kompleksində "Ərəb Mədəniyyəti Günü” keçirilib

03 mart 2025, Bazar ertəsi
821
0
Azərbaycan Dillər Universiteti ilə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi arasında imzalanan qarşılıqlı əməkdaşlıq memorandumuna  əsasən  "Ərəb Mədəniyyəti Günü” keçirilib.

Ərəb Respublikasının Azərbaycandakı Misir Mədəniyyət Mərkəzinin müdiri, professor, doktor Tarek Mohammad Abul Fatuh, İstanbul Yeni Yüzyıl Universitetinin dekanı, professor, doktor Celal Erbay, ADU-nin Tərcümə fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Bənövşə Məmmədova,AMEA-nın  Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, dosent Gülər Qafqazlı,  Şəms Tərcümə Mərkəzinin müdiri Nəsimi Həsənov, Azərbaycan Dillər Universiteti Ərəb Dili Mərkəzinin müdiri Ülviyyə Hüseynova və Tərcümə fakültəsinin ərəb dili üzrə təhsil alan tələbələri kompleksimizin qonağı olublar. Qonaqlar əvvəlcə Kompleks rəhbərliyi ilə görüşüb, liseylə tanış olublar.

Daha sonra ərəb ölkələri haqqında təqdimat nümayiş etdirilib, ardınca bədii hissə təqdim olunub və şagirdlərə hədiyyələr verilib.

Professor, doktor Tarek Mohammad Abul Fatuh Kompleksin İcraçı direktoru Aqşin Bağırova Misir Ali Təhsil Nazirliyinin medalını hədiyyə edib.

Tədbirin sonunda qonaqlara hədiyyələr təqdim olunub.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan