» » Biləsuvar-Bəhrəmtəpə yoluna nəzarət artırılır


Biləsuvar-Bəhrəmtəpə yoluna nəzarət artırılır

Bu yol əsaslı tikildikdən sonra, sürücülərin sürət həddinə əməl etməməsi ağır yol qəzalarını qaçılmaz edib. 

"Bilesuvarinfo
" xəbər verir ki, Biləsuvar-Bəhrəmtəpə yolunun təhlüsizliyinə nəzarət artırılır. Bu məqdəsdlə yolda əlavə olaraq 4 ədəd xüsusi texniki qurğu quraşdırılacaq. 

Bu haqda Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib. O bildirib ki, Biləsuvar-Bəhrəmtəpə avtomobil yolu yenidən qurulub, müvafiq yol nişanları quraşdırılıb, nişanlama xətləri çəkilib, iki yerdə nəzarət-ölçü cihazı istismara verilib: 

“Yolda ərazi polis orqanının Dövlət Yol Polisi tərəfindən sutkalıq xidmət aparılır, habelə Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə vaxtaşırı olaraq ərazidə qəzalılıq vəziyyəti öyrənilir, təhlükəli sahələrdə qabaqlayıcı tədbirlər görülür. Bununla yanaşı, hazırda bir sıra yollarda, o cümlədən Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda nizamlama vasitəsi qismində əlavə 4 ədəd xüsusi texniki qurğuların tətbiqi nəzərdə tutulub və yaxın vaxtlarda həmin vasitələrin quraşdırılmasına başlanılacaq”. 

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları xüsusilə sutkanın qaranlıq vaxtı, eləcə də məhdudiyyətli görünmə şəraitində diqqətli olmağa, yolda nəzərdə tutulmuş sürət həddini aşmamağa, qaydalara qeyd-şərtsiz əməl etməyə çağırır.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR