» » UNUTSAQ UNUDULARIQ - XUDAMƏLİ ƏLİQULU OĞLU BAĞIROV


UNUTSAQ UNUDULARIQ - XUDAMƏLİ ƏLİQULU OĞLU BAĞIROV

UNUTSAQ  UNUDULARIQ.
-----------------
XUDAMƏLİ  ƏLİQULU OĞLU BAĞIROV.


Bir qonağıq, bu dünyada,
Çalış, ömrü vermə bada,
Rəhmət qazan, sağlığında,
Hədər vermə, günü ayı,
Bir dəfədir, ömür payı.

O, Tanrının verdiyi bir ömür payının hər gününün , hər ilinin qədrini bildi, hər gününə şükr etdi...mənalı , şərəfli bir ömrün sahibi oldu. 1955-ci ildə Biləsuvarda, Bəydili kəndində anadan olan  Xudaməli müəllim bu illərdə Azərbaycan Pedaqoji İnstitunu, Zaqafqaziya Ali Komsomol məktəbini, Timuryazev adına  Moskva Kənd Təsərrüfatı Akademiyasının iqtisadiyyat fakültəsini bitirdi.

Xudaməli Bağırov əmək fəaliyyətinə fizika müəllimi kimi başladı. Sonralar fəaliyyətini o vaxtkı Lenin adına kolxoz komsomol komitəsinin katibi , " Biləsuvar Pambıq" zavodunda şöbə müdiri, Əmək və əlillərin müdafiə idarəsinin sədri, Rayon DSMF- nin müdiri kimi davam etdirdi...

Xudaməli müəllim 2011-ci ildən vəfat etdiyi günə qədər Biləsuvar şəhər Texniki fənlər təmayüllü məktəb-liseyin direktoru oldu.. Sadə, səmimiliyi ilə seçilən, ətrafında olan insanlara həmişə dəyər, diqqət göstərən Xudaməli müəllim gözəl insan, gözəl aiıə başçısı idi...

Xudaməli Əliqulu oğlu Bağırov zamanında rayonun ictimai həyatında fəal iştirak edirdi, o, vətənini, yurdunu, dövlətini sevən, ona bağlı, sadiq bir insan,bir övlad idi...

2017-ci ildə haqq dünyasına qovuşan Xudaməli müəllimin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayır və yaşayacaq ! 

Allah rəhmət eləsin. Unutsaq unudularıq !

Müəllif: Salamat Rəhimov
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR