Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Tanınmış pambıqçı Lətif Cəfərov vəfat edib


Tanınmış pambıqçı Lətif Cəfərov vəfat edib

28 noyabr 2024, Cümə axşamı
1 478
0
Tərəqqi medallı tanınmış pambıqçı Lətif Cəfərov vəfat edib.

"Bilesuvarinfo"nun
məlumatına görə, o 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Cəfərov Lətif Xanhüseyn oğlu 1936-ci il sentyabrın 9- da Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində anadan olub. 1955-ci ildə Salyan rayon Kend Təsərrüfatı Texnikumunu bitirib. 1956-ci ildən Biləsuvar rayonu "Azərbaycan" kolxozunda aqronom-entimoloq işləməyə başlayıb.1958-ci ildən 1983-cü ilə kimi həmin kolxozda pambıqçı briqadir və sürücü mexanizator işləyib. 1974-cü ildə pambıq yığımında göstərdiyi yüksək nailiyyətə görə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev tərəfindən Qaz-24 markalı maşınla mükafatlandırılıb.

1974-cü ildə "Qırmızı əmək bayrağı" ordeni, 1975-ci ildə "Əmək' medalı, 1980-cı ildə "X-beş iliyin qalibi" medalı, 1985-ci ildə "XI-beş illiyin qalibi" medalı,1985-ci ildə "Əmək veteranı" ordeni ilə təltif edilib. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib. 2017-ci ildən Respublika üzrə Fermerlər Şurasının üzvü olub. 1983-cü ildən 1996-cı ilə kimi Biləsuvar rayonu "Türkmənistan" kolxozunda pambıqçılıq briqadiri ve sürücü mexanizator işləyib. 1996-cı ildən indiyə kimi fermer pambıqçı kimi fəaliyyət göstərib.

10 övladı, 31 nəvəsi və 17 nəticəsi var idi.

Allah rəhmət eləsin! 
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan