Sumqayıt Dövlət Universiteti və Oksford Universitetinin (Saïd Business School) təşkilatçılığı ilə “İqlimin İdarəolunması Məktəbi” keçirilib

"bilesuvarinfo.az" xəbər verir ki, məktəbdə, ali təhsil müəssisələrinin və sənaye sektorunun davamlı inkişaf üzrə peşəkarları iştirak edib. İki gün davam edən idarəetmə məktəbində Oksford Universiteti (Saïd Business School), Burjeel Holdinq və “Earth Day Network” təşkilatlarının nümayəndələri iqlim dəyişikliyinin ekoloji, iqtisadi və sosial təsirləri istiqamətində təlimlər keçib. İqlim dəyişikliyinə əsaslanan strateji fəaliyyət imkanları, biznes planların hazırlanması, yaşıl təşkilatlar, iqlim dəyişikliyinin sağlamlıq üzərində təsirləri və digər müvafiq mövzularda müzakirə və vorkşoplar həyata keçirilib.
Məktəbdə iştirak edən ali təhsil müəssisələrinin və sənaye sektorunun peşəkarlarına Sumqayıt Dövlət Universitetinin rektoru, dosent Rüfət Əzizov və Oksford Universitetinin (Saïd Business School) əməliyyatlar üzrə baş direktoru Manos Kapterian tərəfindən sertifikat təqdim olunub.
Qeyd edək ki, məktəbin əsas məqsədi Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının mövzusuna uyğun olaraq ekoloji problemlərin həlli üçün innovativliyi təşviq etmək və iqlimin idarəolunmasında dayanıqlı yanaşmaları formalaşdırmaqdır.


Müzakirə edin
Həmçinin oxuyun:

26 oktyabr 2024, Şənbə
Oxsford Saïd və Sumqayıt Dövlət Universiteti COP29 ərəfəsində ‘İqlim İdarəetmə Məktəbi’ təşkil edəcək

09 sentyabr 2024, Bazar ertəsi
“Yaşıl dünya üçün bir addım” ekoloji maarifləndirmə layihəsi”nin təlimləri uğurla yekunlaşıb
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.