Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvar Rayon İcra Hakimiyyətində vakant olan 7 vəzifə - SİYAHI


Biləsuvar Rayon İcra Hakimiyyətində vakant olan 7 vəzifə - SİYAHI

19 sentyabr 2024, Cümə axşamı
1 183
0
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edib.


“Bilesuvarinfo”nun məlumatına görə, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək ümumi müsahibəyə Biləsuvar Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 7 vakant vəzifə təqdim olunub:


1.Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Hüquq şöbəsi, şöbə müdiri (1 yer);


2.Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi, baş məsləhətçi (1 yer);


3.Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Memarlıq və tikinti şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri - baş memar (1 yer);


4.İcra nümayəndəlikləri, Aşağı Cürəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi - İHB-nın nümayəndəsi (1 yer);


5.İcra nümayəndəlikləri, Bağbanlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi - İHB-nın nümayəndəsi (1 yer);


6.İcra nümayəndəlikləri, Bəydili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, baş məsləhətçi - baş mühasib (1 yer);


7.İcra nümayəndəlikləri, 6 sayllı MKQ İcra Nümayəndəliyi, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi - İHB-nın nümayəndəsi (1 yer).


Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 16 sentyabrdan 15 oktyabr saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Elan üzrə sənəd qəbulu yalnız  aşağıda qeyd olunmuş Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir.


Vakant vəzifələr haqqında ətraflı məlumat (https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=550)
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan