Biləsuvarda “Əsrin müqaviləsinin 30 illiyi” və “Dövlət Suverenliyi Günü”münasibətilə elmi –praktiki konfrans keçirilib.
"Bilesuvarinfo" xəbər verir ki,Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən konfransda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, siyasi xadim Həsən Həsənov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə gül dəstələri düzdülər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummili Lider Heydər Əliyevin və və törpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman igidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı Faiq Qürbətov siyasi xadim, diplomat, tarix elmləri doktoru Həsən Həsənov çıxış edərək 20 sentyabrın Azərbaycan xalqının və dövlətinin tarixində əlamətdar hadisələrlə yadda qaldığını bildilər. "Əsrin Müqsviləsi", 2023-cü ilini antiterror əməliyyatı və nəhayət Dövlət Suverenliyi gününün məhz bu günə təsadüf etməsindən danışdılar. Bu hadisələrin hər birinin əsasını qoyan Ulu öndər Heydər Əliyevin və canab prezident İlham Əliyevin uzaqgörən və tarixi strategiyalarından bəhs etdilər.
Maraqlı diskussiya şəraitində davam edən konfransda iştirakçıkardan Sabir Xammədov, Akif Kazımov, Elməddin Əliyev və başqaları çıxış edərək mövzu ilə bağlı öz fikir və mülahizələrini bölüşdülər.