» » Biləsuvarda əhalinin sayı əvvəlki illə müqayisədə artıb


Biləsuvarda əhalinin sayı əvvəlki illə müqayisədə artıb

Biləsuvarda əhalinin sayı əvvəlki illə müqayisədə artıb.

"Bilesuvarinfo"nun
məlumatına görə, bu ilin 6 ayında rayonda əhalinin sayı 327 nəfər və ya 0,3 faiz artaraq 106,9 min nəfərə çatıb.
Əhalinin ümumi sayından 22,3 faizini şəhər (23,8 min nəfər), 77,7 faizini isə kənd sakinləri (83,1 min nəfər) təşkil edir.

Əhalinin 50,2 faizi (53,7 min nəfər) kişilər, 49,8 faizi (53,2 min nəfər) qadınlardan ibarətdir. Sakinlərin 23,9 faizini (25,6 min nəfər) 14-29 yaşda olan yeniyetmələr və gənc nəslin nümayəndələri təşkil edir.

Qeyd edək ki, əhalinin sıxlığı bir kvadrat kilometrə 79 nəfər olub.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR