» » Biləsuvarda ziyanverici həşəratlara qarşı mübarizə tədbirləri həyata keçirilir - FOTOLAR


Biləsuvarda ziyanverici həşəratlara qarşı mübarizə tədbirləri həyata keçirilir - FOTOLAR


Biləsuvar Rayon İcra Hakimiyyətinin tapşırığına əsasən Kommunal Müəssisələr Kombinatının və “DOST” xidmətinin əməkdaşları tərəfindən şəhərin bəzi küçələrindəki tut ağaclarında aşkarlanmış  ziyanvericilərə qarşı mübarizə tədbirlərinə başlanılıb. Bu məqsədlə mütəxəssislərdən və idarənin əməkdaşlarından ibarət qrup çiləyici aparatlardan istifadə edərək kimyəvi mübarizə tədbirləri həyata keçirir. 

"BİLESUVARİNFO" xəbər verir ki, Kommunal Müəssisələr Kombinatının rəhbərliyi tərəfindən redaksiyamıza bildirildi ki, bu həşəratın adı ziyanverici "tut odlucası"dır. Ziyanvericiyə qarşı mübarizənin gec aparılmasının səbəbi tut odlucasının 1-ci nəsli may-iyun aylarına təsadüf etdiyindən, həmin dövrdə ağaclarda meyvənin yetişməsini nəzərə almaqla əhalinin sağlamlığının qorunması məqsədilə kimyəvi mübarizə işi aparmaq çətinləşir. Ancaq 2-ci nəsil dövründə, iyul ayında mübarizə işinə başlamaq mümkündür. Bildirildi ki, kimyəvi mübarizədə sipermetir, deltametrin, siqalatrin və s. tərkibli kimyəvi dərmanlardan istifadə olunur.

Qeyd edək ki, bir neçə gün öncə rayon sakinlərinin müraciəti əsasında sözügedən problemi saytda işıqlandırmışdıq. Problemin həlli üçün operativ şəkildə əməli addım atan Biləsuvar Rayon İcra Hakimiyyətinə  Biləsuvar rayonu Kommunal Müəssisələr Kombinatına təşəkkür edirik!




Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR