» » Fatih Həsənoğlu dunya kuboku uğurunda mübarizə aparıb


Fatih Həsənoğlu dunya kuboku uğurunda mübarizə aparıb

Məlum olduğu kimi, ötən ayın sonlarında İstanbulda yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında keçirilən kikboksinq üzrə dünya kuboku yarışı sayılan "Turkish Open" beynəlxalq turnirində idmançılarımız uğurla çıxış ediblər.

“Bilesuvrinfo” xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kiksboksinqçilərimiz qardaş ölkədə 49 medal qazanıb. Bunlardan 13-ü qızıl, 9-u gümüş və 27-si bürünc medaldır. Bu nəticə ilə Azərbaycan yarışda ən yaxşı nəticə göstərən beşinci ölkə olub.

Qeyd edək ki,  dünya kuboku uğurunda yarışda  həmin idmançılar arasında olan Fatih Həsənoğlu  gərgin mübarizəsi ilə seçilib.  Həsənoğlu Fatih Murtəza oğlu əslən Biləsuvar rayonundandır.  2006 –cı təvəllüdlü F.Həsənoğlu 2017- ci ildən kikboksinq idman növüylə məşğul olmağa başlayıb. Kikboksinq üzrə keçirilən bir çox yarışlarda iştirak edərək nailiyyətlər əldə etmişdir. Respublika turnirinin və beynəlxalq yarışların qalibi olmuşdur. 

O, hal-hazırda Bakıda 267 saylı məktəb-liseyin 10 - cu sinfində təhsil alır, dərslərində və məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR