Azərbaycan region ölkələrinin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir » Yerli İnformasiya Agentliyi
» » Azərbaycan region ölkələrinin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir

Azərbaycan region ölkələrinin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir

Azərbaycan xarici siyasətində ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulmasına və yeni prioritetlər üzrə inkişaf etdirilməsinə  xüsusi önəm verir. Ölkəmiz xarici siyasətinin əsas tərkib  hissəsi kimi region ölkələri ilə əlaqələrinin inkişafına xüsusi diqqət göstərir və bu əməkdaşlığın yeni istiqamətlər üzrə möhkəmləndirilməsində maraqlıdır. Xəzər dənizi dünyada mühüm geosiyasi əhəmiyyətinə və zəngin karbohidrogen ehtiyatlarına görə seçilən bölgələrdən biridir. 

Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.
Bildiyimiz kimi  bu il iyunun 29-da Aşqa­badda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilmişdir. Bu beynəlxalq tədbir Xəzər dənizi ətrafında  yerləşən ölkələrin daha da yaxınlaşmasına, dövlətlərarası münasibətlərin inkişafına xidmət edəcək. Hazırda Xəzəryanı ölkələr arasında əlaqələr kifayət qədər yüksək səviyyədədir və bu sahədə Azərbaycanın xidmətləri danılmazdır. 

Toplantıda dövlət başçısı İlham Əliyev Azərbaycanın ölkələrin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verdiyini önə çəkərək bildirdi ki, Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq. Qürurla qeyd edə bilərik ki, bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Ölkəmiz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. 
Xəzər dənizi regionda mühüm əhəmiyyətli layihələrin həyata keçirilməsini və region xalqlarının rifahının yüksəldilməsini təmin edən əsas faktordur. Ölkələrimiz arasında imzalanmış ikitərfəli və çoxtərəfli layihələr regionun nəqliyyat imkanlarından istifadəni də genişləndirir. Xüsusilə, Azərbaycanın yaratdığı müasir nəqliyyat-kommunikasiya infrastukturu Xəzərin tranzit imkanlarını artırır ki, bu da Xəzəryanı ölkələrin maraqlarına xidmət edir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikilərək istismara verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın mühüm töhfəsi kimi qiymətləndirilir. Region ölkələrinin qarşılıqlı fəaliyyətinin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi region xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Ölkə başçımızın qeyd etdiyi kimi, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır.
 VI zirvə toplantısı göstərdi ki,  Azərbaycan Xəzəryani Dövlətlər içərisində nəqliyyat-kommunikasiya və logistik mərkəz kimi daha böyük  rola malikdir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və Zəngəzur dəhlizinin açılması ilə bu imkanlar daha da artacaq.  Zəngəzur dəhlizi Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin vacib elementinə çevriləndən sonra Azərbaycan üzərindən beynəlxalq yükdaşımaların həcmi dəfələrlə artacaq. Dəhlizin regionda yeni nəqliyyat imkanları yaratması Avropa ilə Asiyanın daha sıx birləşməsini təmin edəcək və bu birləşmənin geosiyasi əhəmiyyətini yüksəldəcək.

Samir Ağayev
YAP Biləsuvar rayon təşkilatının əməkdaşı
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Karvan ailəvi restoran

karvan

SON MƏQALƏLƏR