» » Taxıl sahəsində yanğın olub


Taxıl sahəsində yanğın olub

Biləsuvar rayonunda yanğın hadisəsi baş verib. 

"Bilesuvarinfo"
  bürosunun məlumatına görə, hadisə rayonun Nərimankənd kəndi yaxınlığında, Şəhriyartəpə adlanan ərazidə Malik Həsənovun istifadəsində olan sahədə qeydə alınıb. 

Yanğın nəticəsində  3 hektar biçilmiş taxıl sahəsi və ərazidə pərakəndə yığılmış 50 ton ot bağlamasının 6 tonu yanıb.

Yanğın Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və əməkdaşları tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan