» » Ölkəmizin uğurlarının təməli əlli il bundan əvvəl atılmış cəsarətli addımlara əsaslanır


Ölkəmizin uğurlarının təməli əlli il bundan əvvəl atılmış cəsarətli addımlara əsaslanır

Bildiymiz  kimi  15 İyun Milli Qurtuluş  günü  müasir  Azərbaycan  Dövlətinin  qurucusu  və  memarı , türk  dünyasının  böyük  oğlu,  Azərbaycan  xalqının   Ümummilli Lideri  Heydər  Əliyev  şəxsiyyəti  ilə bağlıdır. 

Tarix  dəfələrlə  sübut  edib  ki, hər  bir xalqın  mövcudluğu  onun  həmrəyliyindən  və  dövrün  məsulliyyətini  öz  üzərinə  götürərək  tarixi  yenidən  yazmaq  bacarığından  irəli  gəlir.  Bu  mənada   Azərbaycan   xalqı  xoşbəxt  xalqlardandır  ki, Heydər  Əliyev  kimi  dahi  şəxsiyət  Azərbaycanı  çətin  sınaqlardan  çıxarmaqla  onun  mövcudluğunu  əbədi  etmişdir. Təsadüfü  deyil  ki,  müxtəlif  dövirlərdə  mənsub  olduğu  xalqın   xoşbəxtliyi  üçün   yorulmadan  çalışan    Ulu  Öndər  Heydər  Əliyevin   adı  dünyanın   axarını  dəyişə  bilən   böyük   şəxsiyyətlərlə   bir  sırada  çəkilir.
Bu  gün  fəxrlə  deyə  bilərik  ki,  müstəqil  Azərbaycan  dövlətinin   qazandığı  hər   bir   uğurun  təməlində   Heydər  Əliyev  şəxsiyyətinin   müəllif  olduğu  inkişaf strategiyası  dəyanır. 

Heydər   Əliyevin   Azərbaycana  rəhbərliyi  1969 cı-ildən  başlamışdr.  Bu  görkəmli  dövlət  xadiminin   respubilkamıza  rəhbər   gəlməsi  ilə  Azərbaycanın   İqtisadi   və  siyasi  inkişafına  böyük  yol  açmışdır. Ulu   Öndərin  ölkəmizə  birinici  rəhbərliyi  dövründə,   14  il  ərzində   1048  sənaye  abyekti  tikilməsini  demək   buna  kifayət  edər. Görkəmli  siyasi  xadimin  milli  kadırların   formalaşması  istiqamətində  gördüyü  işlər xalqımızın  gələcək  müstəqilliyinə və  milli  özünüdərkin  əsasının  qoyulmasına  zəmin  yaratmışdır.

 Ulu  Öndərin  böyük  siyasi  iradəsi  hesabına  respublikamızda   ilk  hərbi  məktəb   Cəmşid  Xan  Naxçıvanski   adına  hərbi  lissey  yaradılmışdır. Bu  məktəbin  yaradılması  milli  hərbi  kadırların   formalaşmasına  xidmət  edir.  Bu  gün  ölkəmizdə  hərbi  uğurların  təməli əlli il   bundan  əvvəl  atılmış  cəsarətli  addıma  əsaslanır.

Azərbaycan   dilinin  dövlət  dili  kimi  təsdiq  olunması, milli   dəyərlərmizin,  adət  ənənələrmizin  qorunub  yaşadılması,  tarixi-mədəni  irsimizə  qayğı,   soy kökümüzə  sahiblik   kimi  dəyşikliklər  yaratmışdır.


1990-cı il  yanvarın  19 dan  20-ə  keçən  gecə  paytaxt   Bakıda  törədilən    qanlı  hadisələrə    ilk  açıq  etrazını  bildirən  şəxs Ulu  Öndər  Heydər  Əliyev  olmuşdur.Həmin  vaxt  böyük  siyasi  iradə  nümaiş  etdirərək  Moskvadakı  Azərbaycan  nümayəndəliynə  gedərək   bu  qırğını  təcəvüzkarlıq , baş  verən  hadisənin  hərbi  cinayət  olduğunu  bildirmiş  və  bu  bəyanatı  bütün  dünyaya  çadırmışdır.

  Xalqımızın  böyük  oğlu  tarixən  ən  çətin  və  məsuliyyətli   anlarda  Azərbaycan  xalqının   ruhuna  nəfəs  kimi  qayıtmış,onun  mövcudluğunu  qoruyaraq   xilaskarlıq  missiyasını  yerinə  yetirmişdir. Talehin   hökümü  ilə  iki  dəfə  bu  missiyanı  üzərinə  götürən  Ulu  Öndər  hər  dəfə  mürəkkəb  məqamlarda  xalqın  köməyinə  çatmış,  ölkəmizi  böyük  bəlalardan  qutarmışdı.

  1993-ci ilin iyunun  15 də   Azərbaycanda   siyasi  hakimiyyətə  qayıdan   Ulu  Öndər  müstəqil  Azərbaycanın  xilaskarı  və  qurucusu  kimi  muasir   Azərbaycan  tarixinə  daxil  olmuşdur. 

  15  iyun   “Qurtuluş  günü” kimi  müstəqilliymizin  və  dövlətçiliymizin  xilasi  gününə  çevrilmişdir.
1993-ci ilin  oktıyabrında  keçirilən   Prezident    seçkilərində  yüksək  səs  çoxluğu  qazanmış  və  ölkəmizin  prezidenti  seçilmişdir.  Onun   qarşısında  duran  ən  mühüm  məsələ,  Azərbaycan    Ermənistan  arasında   “Dağlıq   Qarabağ  məsələsinin”  dinc  yolla   həll  olunması  idi. Bu   yolda  ilk  addım  1994  cu  il  mayın   12  də  Atəşkəsin  əldə  olunmasıdır.

1994 cu  ilin  sentyabrın  20- də  “ Əsrin  müqaviləsi”   imzalandı.1995- ci  ilin  12  noyabrda  Müstəqil  Azərbaycanın  ilk  konstitusiyası  qəbul  edildi. 1998- ci  ildə  Şərqdə  ilk  dəfə  Azərbaycanda  ölüm  hökmü  ləğv edildi.

1998 ci ildə   keçirilən  növbəti  Prezident  Seçkilərində  Xalqımızın  böyük  etimadını  qazanan    Ulu  Öndər  Heydər  Əliyev  yüksək  səs  çoxluğu  ilə  Respublikamıza ikinci  dəfə  Prezident  seçildi.  

Ulu  Öndər  bundan  sonra  ömrünün  qalan  hissəsini  Ölkəmizin  çiçəklənməsinə, Ərazi  bütövlüyünün  təmin  edilməsinə , Xalqımızın  rifahının  yaxşı  olmasına  həsr  etmişdir. 
Bu  gündə  böyük  qürur  hissi  ilə  deyə  bilərik  ki,ölkəmiz  Ulu  Öndər  Heydər Əliyev  siyasi  kursunun  davamçısı  Müzəffər  Ali  Baş  Komandan  İlham  Əliyev  Cənablarının  rəhbərliyi  altındadır.

Toğrul Məmmədli,
 Masallı rayonu, Öncəqala kənd Ə.Məmmədov adına tam orta məktəbin direktoru

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR