Sülh bizim üçün zəruridir » Yerli İnformasiya Agentliyi
» » Sülh bizim üçün zəruridir

Sülh bizim üçün zəruridir

Hər kəs yaxşı xatırlayır. Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il sentyabrın 27-də xalqa müraciətində Ermənistan si­lahlı qüvvələrinin zəbt etdikləri torpaqlarımızdan çıxarılacağını, birinci Qarabağ müharibəsində işğal olunmuş rayonlarımızın geri qaytarılacağını böyük əzmlə və inamla vurğuladı.
 
Bu andan başlayaraq Azərbaycan xalqı dövlət başçısının “Vətən müharibəsi” adlandırdığı bu savaşda onun ətrafında birləşdiyini bütün sahələrdə sübut etməyə baş­ladı.

 Bundan ruhlanaraq, minlərlə gənc könüllü ordu sıralarına qatılmaq üçün müraciət etdi, əksər qurumlar və kollektivlər orduya yardım fonduna və birbaşa döyüşçülərimizə öz dəstəyini göstərdilər.

 Cənab Prezident ölkəmizə rəhbərlik etdiyi on doqquz ildə həmişə orduya diqqətini, nəyi  necə və nə zaman etməyi böyük bir uzaqgörənliklə nəzərə almışdı. Ordumuz gücləndirilmişdi, əsgərlərimiz yüksək təlimlərlə hər cür çətin döyüş əməliyyatına hazır idilər. 

Vətən müharibəsi dövründə informasiyanın dövlət və media siyasətinin praktik göstəriciləri, mediada birgəlik anlamı vacib şərt kimi qarşıda dururdu. Ali Baş Komandan İlham Əliyevin bu sahədə də apardığı siyasət, formalaşdırdığı informasiya diplomatiyası mediamıza ən güclü dəstək oldu. Xüsusilə onun xalqa müraciətləri, xarici jurnalistlərə verdiyi saysız-he­sabsız müsahibələri beynəlxalq əhəmiyyətindən əlavə, düzgün informasiya siyasətini formalaşdırdı. Ali Baş Komandanın 44 günlük Vətən müharibəsi dövründəki qəhrəmanlığı bizim gözümüzün qarşısında baş verirdi. Amma Azərbaycanın haqq səsini dünyaya çatdırmaq onun üçün ən mühüm vəzifə idi.

Ümumiyyətlə, son aylarda da müxtəlif formatlarda çoxsaylı görüşlər keçirilib və hesab edilir ki, bu da çox vacib görüşlərdən biridir.

Azərbaycanın postmünaqişə reallıqlarını, öz mövqeyini bir daha çatdırması üçün əlverişli imkan olacaq. Azərbaycan dövləti hər zaman danışıqlar prosesinə hazırdır, məsələlərin həllinə yönəlik siyasət həyata keçirir. 

Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistan nə ərazi bütövlüyünü tanıdığını, nə də tanımadığını söyləyir. Ermənistan öz əsassız bəyanatları ilə danışıqlar prosesini məhv etdi. İndi Ermənistanın sanki bu məsələ ilə bağlı heç bir mövqeyi yoxdur.

Ümumən hal hazırki vəziyyətdə ermənilər nə edəcəyini bilmirlər, qarşısına çıxan hər ölkədən imdad diləyir.Biz əksinə hər sahədə maksimum öz imkanlarımızdan faydalanırıq. Ancaq hər yerdə demişik və deyirik ki, biz heç vaxt müharibə istəməmişik,sülhdən yana olmuşuq. Bundan sonrada ilk seçimimiz sülh olacaq. Qan tökülməsinə qarşıyıq.Bütün dünya bilir ancaq bizlər hər dəfə olduğu kimi yenədə sülhsevər millət kimi rəftar edəcik qonşularla, əməkdaşlarla. Sülh bizim üçün zəruridir, vacibdir.
 
Zövqi Əsgərov,
Masallı rayon sakini, həkim 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Karvan ailəvi restoran