» » “Azərbaycan Bayrağı orden"li Saleh Ağayevin 30 yaşı tamam oldu


“Azərbaycan Bayrağı orden"li Saleh Ağayevin 30 yaşı tamam oldu

Bu gün Vətən müharibəsi şəhidi Saleh Ağayevin ad günüdür.

"Bilesuvarinfo" xəbər verir ki, şəhidimizin doğum günü onun doğulduğu Günəşli kəndində qeyd olunub. 
Anım günündə rayon  içtimaiyyəti tərəfindən şəhidin ata ocağı və məzarı ziyarət olunmuşdur.  Ziyarətə gələnlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun düşmənə qarşı haqq savaşından söz açmışlar. Bildirilmişdir ki,  bizlərə qələbə sevincini yaşadan qəhərəmanlarımızın  müqəddəs ruhu xalqımız tərəfindən daima uca tutulacaq.

YAP Biləsuvar rayon təşiklatının sədri Kamil Qurbanlı və  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar Rayon Şöbəsinin rəisi Nağı Cəfərov şəhidin atası ilə görüşmüş, qayğıları ilə maraqlanmışlar.  
1992-cü ilin 30 aprelində Biləsuvar rayonunun Günəşli kəndində zəhmətkeş ailədə anadan olan Saleh  Saleh Nurəddin oğlu Ağayev orta məktəbi əla qiymətlərlə başa vurarkən  hərbiçi olmaq arzusunu üstün tutub. Həqiqi hərbi xidməti 2012 - ci ildə başa vurub, 17 günlük istirahətdən sonra, bütün həyatını, gəncliyini hərbiçi peşəsinə sərf etmişdir.

Onun savadı və bacarığı xidmət illərində peşəkar hərbiçi kimi şöhrətləndirmişdır. Cəbhə bölgəsindən Vətənə başlayan  xidmətini  Xüsusi Təyinatlı Qüvvələr sıralarında davam etdirib. Bacarıqlı kəşfiyyatçı olması, ona verilən çətin döyüş əməliyyatlarının öhdəsindən müvəffəqiyyətlə gələməyə imkan vermişdir. Çəbhədə düşmən təxtibatlarının alınmasında yaxından iştirak edib. 
Şanlı Aprel döyüşündə yaralanan qəhrəmanımız Moto atıcı manqa komandiri, xüsusi təyinatlı komandanın kəşfiyyatçısı, xüsusi kəşfiyyat qrupunun kəşfiyyatçısı, xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı və neçə belə məsul vəzifə və tapşırıqların icraçısı olub. 

O, Vətən müharibəsində Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar göstərib. Oktyabrın 12-də Xocavənd uğrunda gedən qanlı döyüşlərdə düşmən snayperindən açılan güllədən şəhid olub.

Qeyd edək ki, Vətənin dar günündə iki övladını  düşmən üzərinə  göndərən Nəzakət ana Salehin itkisinə çox tab gətirə bilməyib. Onu cənnətdə gözləyən   oğluna qovuşmaq həsrəti ilə çırpınan ürəyi iki ay sonra susub.  Vətən müharibəsində zəfər qələbəsinədək ən gərgin döyüşlərə könüllü qatılan şəhid qardaşı Dəyanət   Ağayev qəhrəmanlar yetirən valideynləri ilə qürur duyur.
Doğma kəndlərində torpağa tapşırılan şəhid qəhrəman Saleh Ağayevin on illik şərəfli vətənə xidməti Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilib. O, sağlığında ikən Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illik, 100 illik və “Qüsursuz xidmətlərinə görə” 3-cü dərəcəli medalla, ölümündən sonra isə “Vətən uğrunda”, Xocavəndin azad olunmasına görə”, “Fizulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə",  “Hərbi xidmətlərə görə” medalları və “Azərbaycan Bayrağı ordeni” ilə təltif olunub.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan