» » Yardımın bu siyahı əsasında gətirilməsi xahiş olunur


Yardımın bu siyahı əsasında gətirilməsi xahiş olunur

Mübariz İbrahimov adına Təhsil Kompleksi Türkiyəyə humanitar yardım aksiyası ilə əlaqəli məlumat yayıb.

"Bilesuvarinfo" xəbər verir ki, təhsil komleksindən açıqlamada bildirilmişdir ki, rayon sakinləri tərəfindən edilən yardımlar kütləvi şəkil alıb, hər kəs bu işdə öz köməkliyini əsirgəməməyə çalışır.

Humanitar yardım aksiyasında  yüksək fəallığa görə Biləsuvar sakinlərinə, rayon ictimaiyyətinə minnətdarlıq ifadə olunur.

Həmçinin  yardım etmək istəyənlərin nəzərinə çatdırılmışdır ki, ikinci əl geyim və istifadə olunmuş əşyaların yardım məqsədilə göndərilməsi dayandırılmışdır. Yeni təcili ehtiyac siyahısında yardımların bu siyahı əsasında müəyyənləşdirilməsi xahiş olunur. Siyahı belədir :

- Çadır
- Çarpayı
- Generator
- Qızdırıcı
- Döşək
- Yorğan və ya adyal
- Qalın üst geyimi
- Geyim dəsti
- Papaq, şərf və əlcək
- Ayaqqabı
- Corab
- Dərman preparatları və tibbi ləvazimatlar
- Konservləşdirilmiş qidalar
- İçməli su

Səninləyik, Türkiyə!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR