Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Şəhid Babək Mahmudlunun adına gəmi olacaq


Şəhid Babək Mahmudlunun adına gəmi olacaq

29 oktyabr 2022, Şənbə
1 834
0
“Palmali Holding” şirkəti aldığı 6 yeni gəmidən ikisinin daşıyacağı adları müəyyənləşdirib.

“Bilesuvarinfo” xəbər verir ki, bu haqda “Palmali Holding” şirkəti tərəfindən açıqlama verilib. Belə ki, Azərbaycanlı iş adamı və xeyriyyəçi Mübariz Mənsimovun rəhbərlik etdiyi “Palmali Holding” şirkətinin aldığı 6 yeni gəmidən ikisinin adı I Qarabağ müharibəsi şəhidi Əlisuvar Əliheydər oğlu Məmmədovun və  II Qarabağ müharibəsi Babək Süleyman oğlu Mahmudlunun adına verilib. Bununla əlaqədar, “Palmali” şirkətinin CEO-su Səbahəddin Su hər iki şəhidin ailəsinə zəng edərək bu xəbəri onlara çatdırıb.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi, XTQ mənsubu Babək Mahmudlu Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa uğrunda döyüşlərdə qəhrəmanlıqlar göstərib. Çoxsaylı düşməni “İstiqlal” snayperi ilə məhv etmiş, 1 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan