» » Daha 5 mənzil şəhid ailəsi və qazilərə verildi - Fotolar


Daha 5 mənzil şəhid ailəsi və qazilərə verildi - Fotolar

Biləsuvar rayonunda, şəhid  ailələri və qaziləri üçün tikintisi tamamlanan fərdi evlər sahiblərinə təqdim olunub.

"Bilesuvarinfo" xəbər verir ki,  rayonda  tikilən fərdi yaşayış evlərinin açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov,  Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və digər qonaqlar iştirak edib.
Mərasimdə qeyd olunub ki, xalqımıza möhtəşəm Zəfər sevinci bəxş edən qəhrəman şəhidlərimizin ailələrinə, müharibədə sağlamlıqlarını itirmiş qulluqçularımıza daim xüsusi diqqət və qayğı göstərilir. Onların sosial müdafiəsi, o cümlədən mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində ardıcıl olaraq mühüm addımlar atılır.

2022-ci ildə rayon ərazisində 12 nəfər Qarabağ Müharibəsi əlili və şəhid ailəsi üçün  fərdi yaşayış evinin tikintisinə başlanılmış və 5 evin tikintisi tam başa çatdırılmışdır. Bu gün həmin mənzillər  sahiblərinə təqdim olunur. Qalan mənzillərin də bu ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.

Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya  minnətdarlıqlarını bildirib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan