
“Bilesuvarinfo” olaraq, uzun illər nümunəvi xidmətləri ilə sərnişinlərin hər zaman məmnunluğunu qazanan qardaşlardan söhbət açacağıq. Əfqan və Əfsun Ələkbər oğlu Babayev qardaşları 1 saylı marşurut xəttində 8 ildir çalışır. Onların idarə etdiyi mikroavtobuslar sazlığı ilə yanaşı, günün istənilən vaxtı, səliqəsi və təmizliyi ilə seçilir. Salona daxil olan hər bir sərnişin maşının təmizliyindən heyranlığını gizlətmir.
Qeyd edək ki, hal - hazırda Biləsuvar rayonu üzrə 12 istiqamətdə sərnişindaşıma həyata keçirilir. Rayonun Səmədabab, İsmətli, Çaylı, Ağayrı, Təzəkənd, Ovçubərə, Əsgərabab, Bəydili, Xırmadalı və Çinarlı kəndlərinin sakinləri hər gün yaşadıqları kəndlərdən mikroavtobuslar vasitəsilə rayon mərkəzinə və geriyə daşınır.
Bu haqda məlumat verən, Dövlət Avtomobil Nəqliyyat Müvəttişliyinin Lənkəran Regional Şöbəsinin Baş müfəttişi Pərviz Rzayev bildirdi ki, sərnişindaşımada istifadə olunan maşınların sazlığı hər zaman diqqətdə saxlamağa çalışırıq. Hazırda marşurutlar üzrə ümümilikdə 50 - dən artıq mikroavtobus istismardadır ki, onların saz saxlamaları ilə bağlı daima sürücülərlə söhbətlər aparırıq. Həmçinin çalışırıq ki, daha iri tutumlu, tələblərə cavab verən yeni avtobuslar gətirilsin ki, sərnişinlərin rahatlığı tam təmin olunsun.
Baş müfəttiş sərnişindaşımada yaxşı fəaliyyətinə görə fərqlənən marşurut xəttləri arasında Biləsuvar şəhər, Xırmandalı, Təzəkənd, Çayı, Ağayrı kəndləri istiqamətində fəaliyyət göstərənləri xüsusilə qeyd etmişdir.

