Samir Şükürov: "Xalqımıza xidmət etməkdən məmnunluq duyuruq!"

"Bilesuvarinfo.az" xəbər verir ki, o, bu haqda öz fecobok səhifısində məlumat verib: "Əziz və dəyərli dostlar nəzərinizə çatdırmaq istəyirəmki artıq yeni iş yerimiz Avropa Beynəlxalq Hospitaldır. Həm Endokrinoloq mütəxəssis kimi pasient qəbulunu, həm də xəstəxana rəhbəri kimi iş fəaliyyətimi Avropa Beynəlxalq Hospitalda davam etdirməktəyəm!" Vətənimizə və millətimizə xeyirli, uğurlu olsun. Xalqımıza xidmət etməkdən məmnunluq duyuruq!'.
Qeyd edək ki, peşəkar endokrinoloq Samir Şükürov 2010-cu ildə Azərbaycan Tibb Universitetini, 2015-ci ildə isə Türkiyə Respublikasının Bezmialem Vakıf Universitetini bitirib. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının doktorantıdır. S.Şükürov ixtisası üzrə Böyük Britaniya, İtaliya, İsveç, Almaniya, İspaniya da daxil olmaqla Avropanın 15-dən çox ölkəsində keçirilmiş beynəlxalq konfrans və təlimlərdə iştirak edib. Türkiyə Endokrinologiya və Metabolizm Dərnəyinin (TEMD) fəxri, Avropa Endokrinologiya Cəmiyyətinin (ESE) və Amerika Klinik Endokrinologiya Assosiasiyasının (AACE) həqiqi üzvüdür.
Müzakirə edin
Həmçinin oxuyun:

06 sentyabr 2022, Çərşənbə axşamı
Avropada geosiyasi gündəmin dəyərləndirildiyi platformada Azərbaycan lideri - FOTO

31 may 2022, Çərşənbə axşamı
Şəkər xəstələrinin müalicəsində ən çox edilən səhv...” - Dr. Samir Şükürov
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.