- 9 noyabr, 23:32
- 515 dəfə oxunub
- 0
Şuşayadək döyüşən 20 yaşlı şəhid ildönümündə anıldı
"Bilesuvarinfo" xəbər verir ki, şəhidimizin anım günündə sakini olduğu Biləsuvarın Əliabad kəndində anım mərasimi keçirilib. Şəhidin ata ocağını və kənd qəbiristanlığında məzarı ziyarət olunub, müqəddəs ruhuna dualar oxunub.Ziyarətdə iştirak edən rayon rəsmiləri və içtimaiyyətinin ayrı-ayrı nümayəndələrin şəhidin doğmalarına Allahdan səbr diləyib, qəhrəman övlad böyüdən ailəyə minnətdarlıqlarını ifadə ediblər.
Anım mərasimində müəllimləri deyib ki, Səməd məktəbdə təhsil alarkən (Əliabad kənd tam orta məktəbində) müsbət xüsusiyyətlərinə görə müəllimlərinin, dost tanışlarının sevimlisi olub. Onu hər kəs zarafatcıl, şirindil, zəhmətkeş bir insan kimi tanıyır və sevirdilər. Məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edən Səməd Xocalı faciəsinə həsr olunan anım tədbirinin birində bir şəhidin ölüm səhnəsini canlandırmışdı.
Tale elə gətirdi ki bu rolu real həyatda yaşamaq özünə də qismət oldu. Bu gün
20 yaşlı şəhidinizinn ikinci ildönümündə anası deyir ki, müharibə başlayanda bir həftə idi ki o, evə zəng vurmurdu. Zəng vuranda mən ağladım. Dedi :" Ağlama, ağlasan birdə zəng vurmayacam. Sən fəxr et ki, iki övladın Qarabağda döyüşür. Atamızın vaxtı ilə Şuşada gəzdiyi yerləri biz indi gəzirik." Onun bir sözü var idi. O, mənə ana demirdi, "Başımın tacı" deyirdi. Səmədin ən böyük arzusu, torpaqlarımızı işğaldan azad görmək idi.
Qeyd edək ki, Səməd İkram oğlu Kərimli Vətən müharibəsinin ilk günlərindən Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan şəhərlərinin işğaldan azad olunmasında qəhrəmancasına iştirak edib. O, noyabrın 8 də Şuşa uğrunda gedən qızğın döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
20 yaşlı qəhrəmanımız ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.
ALLAH rəhmət eləsin.